Elmar Qasımov karyerasını bərpa etdi

saytların hazırlanması

Evə çatdırılma

Elmar Qasımov karyerasını bərpa etdi

İdman

30 Noyabr 2024 00:16 1237


Cüdo üzrə olimpiya, dünya və Avropa mükafatçısı Elmar Qasımov karyerasını bərpa edib.

Prosport.az-ın xəbərinə görə, tanınmış cüdoçu sabah Azərbaycan çempionatında qayıdışını rəsmiləşdirəcək.

34 yaşlı, "Halk" ləqəbli idmançı "Atilla" İdman Klubunu təmsil edəcək. O, 1/8 finalda İlkin Baxşəliyevlə qarşılaşacaq. pizza mizza

Qeyd edək ki, Elmar Qasımov ötən ilin fevralın 27-də Azərbaycan Cüdo Federasiyasının saytına açıqlamasında karyerasını bitirdiyini açıqlamışdı.

O, 2009-cu ildə Ermənistanın paytaxtı İrəvanda keçirilmiş gənclərin Avropa çempionatında bayrağımızı qaldırması ilə tanınıb. Həmçinin, 2016-cı ildə Braziliyada keçirilən Olimpiadanın finalçısı olub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!