Elmar Vəliyev otelini 5 milyona satışa çıxardı

saytların hazırlanması

Evə çatdırılma

Elmar Vəliyev otelini 5 milyona satışa çıxardı

Hadisə

26 Avqust 2021 18:59 5169


Gəncənin sabiq icra başçısı Elmar Vəliyevə məxsus olduğu deyilən “Qırmızı Otel”in 5 milyon manata satışa çıxarıldığı iddia edilir.

Yenisabah.az xəbər verir ki, bu barədə Otelin yerləşdiyi Hacıkənd qəsəbəsində söz-söhbətlər dolaşır. İddia olunur ki, məlum sui-qəsd hadisəsindən bu yana Otelin tikinti-tamamlanma işləri durdurulub. Ara-sıra Otelə baş çəkən Vəliyevlər ya maddi sıxıntılar və ya ictimaiyyətə məlum olmayan səbəblər üzündən Oteli satmaq qərarına gəliblər.

Xatırladaq ki, sözügedən Otel və əhatəsindəki irihəcmli torpaq sahəsi Gəncə ATS-in mülkiyyəti olub, Elmar Vəliyevin diqtəsilə illər öncə qəsb edilərək köhnə rabitə binası sökülərək yerində Vəliyevə 6 mərtəbəli otel tikilib. Otel tikintisində Gəncə şəhərinin abadlığı üçün nəzərdə tutulan tikinti materiallarından istifadə olunub. /Gununsesi.info Sezar pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!