Elmar Vəliyevin bağbanı ölü tapıldı

saytların hazırlanması

Evə çatdırılma

Elmar Vəliyevin bağbanı ölü tapıldı

Kriminal

02 Aprel 2020 18:44 12065


Sabiq icra başçısı Elmar Vəliyevin bağbanı Gəncədəki dəbdəbəli villasında qəfil dünyasını dəyişib. 

“Yeni Sabah” xəbər verir ki, martın 31-də sözügedən villaya baş çəkənlər evin bağında vətəndaş Bağban Əhmədovu hərəkətsiz vəziyyətdə aşkar ediblər.

Yaşlı bağban təcili 3 saylı şəhər xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilsə də, onu həyata qaytarmaq mümkün olmayıb. Sezar pizza

"Demokratik.Az"-ın əldə etdiyi məlumatda bildirilir ki, uzun illərdir sabiq icra başçısının evində bağbanlıq edən şəxsin qəfil ölümünün səbəbi kimi kəskin ürəktutma diaqnozu göstərilsə də, şəhər sakinlərinin bir çoxu mərhumun koronavirusa yoluxaraq ölə biləcəyi barədə danışırlar. 

Bir daha xatırladaq ki, dünyada sürətlə yayılmaqda olan koronavirus pandemiyası Azərbaycanda da artıq mövcuddur. Hazırda ölkə yetkililəri virusa yoluxma hallarının qarşısının alınması, vətəndaşların sağlamlıqlarının maksimum qorunması istiqamətində təxirəsalınmaz karantin tədbirləri həyata keçirir.

Təəssüf ki, bu kimi qəfil ölüm halı istər-istəməz "koronavirus" təhlükəsini yada salır. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!