Elmar Vəliyevin oğlunun dostu istefa verdi

saytların hazırlanması

Evə çatdırılma

Elmar Vəliyevin oğlunun dostu istefa verdi

Siyasət

25 İyun 2020 14:51 1289


Azərbaycan Karate Federasiyasının prezidenti Yaşar Bəşirovun müşaviri Elnur Camalxanov istefa verib. 

Yenisabah.az Unikal.org-a istinadən məlumatına görə, bu barədə mətbuata heç bir açıqlama verilməsə də E.Camalxanov artıq uzun müddətdir ki, qurumla əlaqəsini kəsib. 

Belə ki, o, İslam Oyunlarından bir qədər sonra Federasiyada işləməkdən imtina edib.   pizza hut

Həmin vəzifədən ayrıldıqdan sonra E.Camalxanov müxtəlif yerlərdə çalışıb, həmçinin "Kəpəz" futbol klubunun icraçı direktoru  olub.  Onun hazırda yeni idman klubu yaratdığı bildirilir.

Qeyd edək ki, E.Camalxanov Gəncə şəhərinin sabiq icra başçısı Elmar Vəliyevin oğlu Elmir Vəliyevin dostudur. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!