“Üz sinirim iltihablaşıb. Nəticədə qulağım və üzüm çox pis şəkildə şişib".
"Yeni Sabah" xəbər verir ki, bu sözləri səhhətində yaranan problemə görə xəstəxanaya yerləşdirilən tanınmış aktyor Elməddin Cəfərov deyib. Onun barəsində ATV-də yayımlanan “7 canlı” verilişində məlumat verilib. Bildirilib ki, aktyor qəfildən özünü pis hiss etdiyi üçün təcili olaraq xəstəxanaya yerləşdirilib.
Verilişə zəng edən E.Cəfərov səhhəti haqqında açıqlama verib: Toyuqlu pizza
“Üz sinirim iltihablaşıb. Nəticədə qulağım və üzüm çox pis şəkildə şişib. Ağrılarım var. Həkimə müraciət etmişəm. Ümid edirəm ki, yaxın bir həftə ərzində sağalıb, işimin başına qayıdacağam”.
Telegram kanalımız