Elməddin Cəfərovdan kinoteatrların bağlı qalmasına etiraz: “Bu sahəyə maraq ölür“

saytların hazırlanması

Evə çatdırılma

Elməddin Cəfərovdan kinoteatrların bağlı qalmasına etiraz: “Bu sahəyə maraq ölür“

Şou

18 Avqust 2021 13:24 928


2020-ci ilin mart ayından kinoteatrlar tamaşaçı üzünə həsrətdir. Pandemiya səbəbindən bağlanan kinozallar heç açılana da oxşamır. 

Yenisabah.az-a danışan aktyor Elməddin Cəfərovun fikrincə, pandemiyada insanlara kinonun daha çox lazım olduğunu bildirib:

“Son günlər yoluxma yenə 2-3 minə qalxıb, indiki şəraitdı yox, amma bir müddət sonra kinoteatları açmaq olar. Vaksinasiya bitdikdən sonra COVID pasportu olanları buraxmaq şərtilə kinoteatrların fəaliyyəti niyə də bərpa edilməsin. Bu mütləqdir, çünki insanların istirahəti kino ilə, teartladır, onlar bağlı olduqa bu sahəyə maraq da yavaş-yavaş ölür. Həm də uzun müddət kinozalların bağlı qalması insanlarda psixoloji gərginlik yaradır”. Dördpendirli pizza

Sənətçi pandemiya müddətində yeni filmdə rol aldığını qeyd edib:

“Bu yaxınlarda yeni bir filmə çəkildim, 2 ilə yaxındır iştirak etdiyim yeganə işdir. Allah nəsib etsə, tamaşaçılar filmi kinoteatrlarda izləyər. Filmin yayımlanması dekabr ayı üçün nəzərdə tutulub, İnşallah, həmin vaxta hər şey düzələr”.

Əsmətxanım


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!