Elmira Axundova Kiyevə niyə qayıtmır? - Səbəbini açıqladı

saytların hazırlanması

Evə çatdırılma

Elmira Axundova Kiyevə niyə qayıtmır? - Səbəbini açıqladı

Maraqlı

26 Aprel 2023 11:40 987


"Ukraynada vəziyyət çox ağırdır. Belə vəziyyətə görə mən Bakıdayam". 

Yenisabah.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycanın Ukraynadakı səfiri Elmira Axundova deyib. 

O, Ukraynada ağır döyüşlərin getdiyini bildirib. Dominos pizza

"Azərbaycan vətəndaşlarının Ukraynada döyüşməyə getməsi məsələsinə onların valideynləri, yaxınları nəzarət etməlidir. Bizə deyirlər ki, övladımız döyüşə gedib, bizə yardım edin. Orada ağır döyüşlər gedir. Ona görə diqqətli olsunlar. Kiyevdə vəziyyət yaxşıdır. Oranın hava hücumundan müdafiə sistemləri güclüdür", - deyə səfir vurğulayıb.

Qeyd edək ki, Azərbaycanın Kiyevdəki səfiri Elmira Axundova Ukraynada müharibə başlayandan sonra, ötən ilin mart ayında Bakıya gəlib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!