Elnarə həkimləri təhqir etdi, qarşıdurma yarandı: “Üzr istəsin!”

saytların hazırlanması

Evə çatdırılma

Elnarə həkimləri təhqir etdi, qarşıdurma yarandı: “Üzr istəsin!”

Şou

05 Avqust 2020 15:06 10070


Müğənni Elnarə Xəlilova ötən gün sosial şəbəkə hesabında həkimləri tənqid edib, həmçinin koronavirusla mübarizəyə qoşulmuş tibb işçilərinin ünvanına bir sıra ittihamlar səsləndirib.

Buna səbəb müğənninin Operativ Qərargahın sərt karantin rejimi ilə bağlı son qərarına münasibət bildirməsi olub.

İfaçının həkimləri tənqid etməsi həkimlər tərəfindən birmənalı qarşılanmayıb. “Yeni Sabah”la əlaqə saxlayan tibb işçisi Sevinc Abışova özünün və həmkarlarının adından müğənnidən üzr tələb edib: pizza hut

“O, nə ixtiyarla həkimləri təhqir edir?! Biz həkimlərin əziyyətini necə puç edə bilər? Həkimlər haqqında biədəb ifadələr işlədir. Pandemiya vaxtında zülmlə koronavirusla savaşan həkimlər haqqında küçə sözləri ilə fikirlərini bildirir. Bu nə dərəcədə doğrudur? 

Biz tələb edirik ki, o dediyi sözün arxasında dayansın və həkimlərdən üzr istəsin. Həmin ifadələri işlədəndən sonra səhifəsindən onları pozub. O yazdığı sözlərə görə həkimlərdən üzr istəməlidir. Səhifəsinə rəy yazan bütün həkimləri “qara siyahı”ya atıb. Buna nə ixtiyarı var? Mən əziyyətlə çalışıram, övladımı qucaqlayıb öpə bilmirəm, çünki fikirləşirəm ki, xəstələrlə kontaktda olmuşam, övladımı yoluxdura bilərəm”. 

Xatırladaq ki, izləyicilərindən birinin (tibb işçisi olduğu ehtimal edilir) müğənninin bu paylaşımına irad bildirməsi  E.Xəlilovanın bütün həkimləri tənqid və ittiham etməsi ilə nəticələnib:

“Səviyyəsiz də varsan! Axmağın biri axmaq. Həkimin canı da çıxmalıdır, baxmalıdır xəstəyə” deyə reaksiya verib və digər təhqiramiz ifadələr işlədib.

Həmin ifadələrin ekran görüntüsünü təqdim edirik:

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!