Elnur Allahverdiyev Azərbaycanın tanınmış simaları ilə görüşdü - Foto+Video

saytların hazırlanması

Evə çatdırılma

Elnur Allahverdiyev Azərbaycanın tanınmış simaları ilə görüşdü - Foto+Video

Siyasət

04 Fevral 2020 08:52 1377


Yeni Azərbaycan Partiyasının (YAP) 17 saylı Yasamal üçüncü seçki dairəsindən deputatlığa namizədi Elnur Allahverdiyev seçkiqabağı təşviqat kampaniyası çərçivəsində bir sıra məşhur insanlarla görüşüb. 

"Yeni Sabah" xəbər verir ki, bununla bağlı Elnur Allahverdiyev “Facebook” səhifəsində məlumatlar paylaşıb. 

Deputatlığa namizəd ilk olaraq Xalq artisti Firəngiz Mütəllimovanın qonağı olub. Aktrisa ilk dəfədir evinə namizədin qonaq gəldiyini, bunun onun üçün xoş sürpriz olduğunu deyib. Xalq artisti, həmçinin, Prezident İlham Əliyevin mədəniyyət işçilərinə qayğılarından danışıb.  Dördpendirli pizza

Daha sonra E.Allahverdiyev Miniatür Kitab Muzeyində Xalq yazıçısı Çingiz Abdullayev, görkəmli ictimai xadimi, Tahir Salahov bacısı və muzeyin yaradıcısı Zərifə Salahova ilə görüşüb. Deputatlığa namizəd iki görkəmli şəxsiyyətlə görüşdüyünə görə ikiqat sevinc yaşadığını bildirib. 

E.Allahverdiyev seçki qərargahında Xalq artisti, məşhur kamança ifaçısı, sevimli sənətkarımız Ağacəbrayıl Abasəliyevlə görüşüb. O, görüş zamanı Xalq artistinə platforması barədə məlumat verib. 

Deputatlığa namizəd həmçinin, Qarabağımızın yadigarı, canlı əfsanəmiz, Xalq artisti Arif Babayevin qonağı olub. A.Babayev E.Allahverdiyevlə görüşündən məmnunluğunu ifadə edib və fikirlərini bölüşüb. Sonra deputatlığa namizəd təşviqat kampaniyası çərçivəsində vətəndaşlarla keçirdiyi görüş barədə Xalq artistinə məlumat verib. A.Babayev E.Allahverdiyevə səs verəcək birinci vətəndaş olacağını deyib. 

E.Allahverdiyev bu yaxınlarda evi yanan tanınmış musiqiçi, nağara ifaçısı Almas Quliyevlə görüşüb və onunla söhbət edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!