Elnur Allahverdiyev yaşlı qadını evində ziyarət etdi - Foto

saytların hazırlanması

Evə çatdırılma

Elnur Allahverdiyev yaşlı qadını evində ziyarət etdi - Foto

Siyasət

06 Fevral 2020 14:15 1926


Yeni Azərbaycan Partiyasının (YAP) 17 saylı Yasamal üçüncü seçki dairəsindən deputatlığa namizədi Elnur Allahverdiyev ilkə imza atıb. 

"Yeni Sabah" xəbər verir ki, bununla bağlı Elnur Allahverdiyev “Facebook” səhifəsində məlumat paylaşıb. 

“Bu gün bir ilkə imza atdıq. 17 saylı Yasamal üçüncü seçki dairəsindən rəqibimiz Cavad Cavadov özünün “Facebook” profilindən Nərimanov heykəlinin yanında, Mikayıl Müşfiq küçəsində bir kimsəsiz xanımın yaşadığını və köməyə ehtiyacı olduğunu yazdı. Kimin imkanı var, ona kömək etsin. Solmaz xanım, həqiqətən də, çox acınacaqlı vəziyyətdə yaşayır, yardıma ehtiyacı var, kimsəsizdir. pizza hut

Düşündük ki, çağırışa dərhal reaksiya verək. Çünki söhbət vətəndaşdan, xalqdan, vətəndən gedirsə, fikrimizcə, fərdi mübarizə və rəqabət ikinci plana keçməlidir. Göstərilən ünvana getdik və C.Cavadovla birgə Solmaz xanımın şəraiti ilə tanış olduq”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!