İlon Maska məxsus X sosial media platforması, süni intellekt şirkəti xAI-nin istifadəçilərin razılığı olmadan şəxsi məlumatları topladığı səbəbilə Avropa İttifaqının 9 ölkəsində şikayət edilib.
Yenisabah.az xəbər verir ki, məlumatların təhlükəsizliyi sahəsində fəaliyyət göstərən Vyanada yerləşən “Noyb” adlı qeyri-hökumət təşkilatı X süni intellekt proqramı haqqında Avropa Birliyi Ümumi Məlumatların Qorunması Qaydasının (GDPR) pozulması səbəbiylə Avstriya, Belçika, Fransa, Yunanıstan, İrlandiya, İtaliya, Hollandiya, İspaniya və Polşada şikayət etdiklərini bildirib.
Açıqlamada X-in Avropada 60 milyondan çox istifadəçinin şəxsi məlumatlarından əvvəlcədən xəbərdarlıq etmədən, onların razılığı olmadan Qrok kimi süni intellekt texnologiyalarını inkişaf etdirmək üçün qeyri- qanuni olaraq istifadə etməyə başladığı açıqlanıb. Dördpendirli pizza
Açıqlamada İrlandiya Məlumat Qoruma Komissiyasının ona qarşı hüquqi proses başlatdığı da xatırladılıb. İrlandanın GDPR-ni tam olaraq həyata keçirə bilmədiyi üçün Noyb-un x (twitter)-i 9 ölkədə şikayət edib.
Şeyla Səmiyeva
Telegram kanalımız