“Elşad Abdullayevin montaj videosuna inanıb...” –   Gülər Əhmədova

saytların hazırlanması

Evə çatdırılma

“Elşad Abdullayevin montaj videosuna inanıb...” – Gülər Əhmədova

Siyasət

20 May 2019 05:54 2105


“Elşad Abdullayevin yalanlarına inananlara “keçmiş olsun”, haqqıma girənlərə isə yalnız bunu deyə bilərəm: Tövbə edin, haqqı görün, bir də heç kimin haqqına girməyin”.

“Yeni Sabah” xəbər verir ki, bunu keçmiş millət vəkili Gülər Əhmədova sosial şəbəkədə yazıb. Azərbaycan Beynəlxalq Unuversitetinin keçmiş rektoru E. Abdullayevin ASALA ilə işbirliyi haqda video paylaşan G. Əhmədova daha sonra yazıb:  

“Çoxunuzu əfv etdim deyə bilmərəm, çünki sizlər sosial mediada əslini bilmədiyiniz montaj videoya inanıb, “Gülər Əhmədova həbs olunsun!” yazırdınız. O Gülər Əhmədova ki, axırıncı çadır şəhərciyi yığışana qədər qaçqın balalarını ilan mələyən çöllərdə tək qoymadı, isti yay aylarında Şamaxıya, Qubaya öz övladları ilə birgə daşıdı. O Gülər Əhmədova ki, Çanaqqalada şəhid olmuş azərbaycanlılar üçün öz hesabına xatirə lövhəsi qoydu. Türkiyə Cumhuriyyətinin Prezidenti Ərdoğandan şəxsən bu xatirə lövhəsi üçün icazə aldı.  Dominos pizza

Mərhum MM-in sədri Murtuz Ələsgərovun dəstəyi ilə Beynəlxalq Övladlığa Vermə Konvensiyasının yenidən səsverməyə qalması, cənab Prezidentin bu Konvensiyaya daha altı şərt əlavə etməsinə dair parlamentdə çıxışlar etdi. Bununla da Azərbaycanda uşaqların beynəlxalq övladlığa verilməsində ciddi nəzarətin yaradılmasına nail olduq. 

Yenə də siz o Gülər Əhmədovanın tutulmağını istədiniz ki, yüzlərlə uşağın müalicəsi, həyatda qalması üçün ölkə rəhbərinə müraciətlər edirdi. Cənab Prezident də çox o uşaqların ölümdən qurtarılması üçün hər şey edirdi. 

Çox iş gördük, inşallah o insanlar da nə zamansa həqiqətləri danışacaq. 

Bu gün üzümü sizlərə tutmuşam, Elşad  Abdullayevin montaj videosuna inanıb, səkkiz yaşlı bir uşağın ad günündə anasının həbs olunmasına nail olan internet qəhrəmanları... Elşad Abdullayevin əli minlərlə şəhidimizin qanına bulaşıb, əsir qızlarımızın, gəlinlərimizin namusuna bulaşıb, nizəyə taxılan, başı divara vurulub partladılan, dərisi soyulan körpələrin, bu vəhşətə dözməyib ağlını itirən anaların naləsinə bulaşıb”...


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!