Böyük Azərbaycan Partiyasının (BAP) sədri Elşad Musayev sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak edəcək.
Bununla bağlı siyasətçi özü məlumat verib.
Yenisabah.az xəbər verir ki, BAP sədri mübarizə aparacağı dairəni də müəyyənləşdirib. O, namizədliyini 10 saylı Binəqədi 3-cü seçki dairəsindən irəli sürdüyünü bildirib. Toyuqlu pizza
Qeyd edək ki, Elşad Musayev fevralın 9-da keçirilən Prezident seçkilərində də namizəd olmuşdu. O, 32.885 seçicinin səsini alaraq marafonu 6-cı sırada başa vurmuşdu.
Əsmətxanım
Telegram kanalımız