Müğənni Elton Hüseynəliyev anasını doğum günün münasibətilə təbrik edib.
Yenisabah.az xəbər verir ki, sosial şəbəkədə anası ilə görüntülərini paylaşan ifaçı ağır günlərdə öz ad gününü də keçirmədiyini yazıb:
"Ana, sənə qurban olum, mənə çörək, şan-şərəf verdin, söz öyrətdin... Azərbaycan analarının, xanımlarının qarşısında baş əyirəm. Dünən ad günüm idi. Ad günü keçirməyi sevmirəm, bu ağır günlərdə isə heç haqqım yox idi". pizza hut
E.Hüseynəliyev hər şeyin yaxşılığa doğru getdiyini vurğulayıb:
"Şükür, sağ-salamatıq. Hər şey yaxşı olacaq, bunu bilirik. Bilməyənlər isə özü bilər. Allah bu vətən üçün canından keçən hər bir vətəndaşı qorusun. Hamımızın sıxıntısı, problemləri var. Bu da normaldır. Etiraf edək, illərdir dövlət bizə yaxşı baxıb. Xalqımız öz sənətçisinə qiymət verib. İndi bütün dünyada Covid-19 ucbatından heç də xoş olmayan günlər yaşayırıq. Hər şey yaxşılığa doğru gedir. Hamımıza gözəl günlər arzulayıram".
Telegram kanalımız