Əməkdar artist Elton Hüseynəliyev evində 6 it saxlayır.
Yenisabah.az xəbər verir ki, bu barədə o, sosial şəbəkə hesabında məlumat yayıb.
Sənətçi itlərinin görüntülərini öz səhifəsində paylaşaraq “Evimizin şıltaqları” qeydini yazıb. Dominos pizza
İfaçının bu paylaşımını hamı birmənalı qarşılamayıb. E.Hüseynəliyev tənqidləri cavabsız qoymayıb:
“Hər kəs bilib-bilmədən rəy verir. İnsan özü təmizkardırsa, nə özü, nə də evindəki heyvan iy verər. Bu günə kimi heç vaxt heç kəsə kobud cavab yazmamışam, amma dedim ki, “Evimizin şıltaqları”, bu isə o deməkdir ki, hərə öz evini müzakirə etsin.Gözəl fikir bildirənlərə isə təşəkkür edirəm. Bu “paroda” və hər biri bir başqa dünyadır...”
Telegram kanalımız