Elton Məmmədovu məhkəməyə kim verib? - Özü açıqladı

saytların hazırlanması

Evə çatdırılma

Elton Məmmədovu məhkəməyə kim verib? - Özü açıqladı

Maraqlı

27 Yanvar 2022 10:45 1038


Elton Məmmədov onu məhkəməyə verən şəxsin adını açıqlayıb.

Yenisabah.az xəbər verir ki, bu barədə Lent.az-a danışan sabiq deputat bildirib ki, xüsusi ittiham qaydasında məhkəməyə verilməsi ilə bağlı bildirişi ötən gün alıb:

“Məndə olan məlumata görə, məni məhkəməyə Akademiyanın hüquq şöbəsinin müdiri Kamal Əliyev verib. Bu adam şəxsi münasibətləri Akademiya səviyyəsinə gətirib çıxarıb. Kamal Əliyev Tərtər işlərinə görə məhkəmə sistemindən uzaqlaşdırılan bir adamdır. Ramiz Mehdiyev isə onu Akademiyanın hüquq şöbəsinə müdir təyin edib. Bütün bu intriqaları, söz-söhbətləri yaradan isə Ramiz Mehdiyevin kürəkəninin qardaşı, hazırda İşlər İdarəsinin müdiri vəzifəsini icra edən Fikrət Əliyevdir. Bunlar bir qrupdur”. Marqarita pizza

E.Məmmədov R. Mehdiyevlə münasibətlərinə də aydınlıq gətirib: “Ötən il aprelin 13-dən Akademiyadan məzuniyyətə çıxdıqdan sonra Ramiz Mehdiyevlə heç bir ünsiyyətim olmayıb. Eşitdiyimə görə tədbirlərdə məni tərifləyir, ünvanıma xoş sözlər deyir”.

Xatırladaq ki, Ramiz Mehdiyevin Elton Məmmədovu məhkəməyə verməsi ilə bağlı məlumatlar yayılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • RAHİM
    Siz vaxtında bilməli idiniz ki BU tayfa nümayəndələri ilə işləyə bilməyəcəksiniz. Fikir versəniz görərsiniz ki MM- DƏ DƏ EYNİ TAYFANIN. ADAMLARI İLLƏRDİ ONLARA AİD OLMAYAN BÖLGƏLƏRİ "təmsil edirlər"
    4 years ago