Elton Məmmədovun şirkəti məhkəməyə verildi

saytların hazırlanması

Evə çatdırılma

Elton Məmmədovun şirkəti məhkəməyə verildi

Hadisə

09 İyul 2021 21:35 1181


“Azərişıq” Açıq Səhmdar Cəmiyyəti (ASC) "Bakı-XXI Əsr” MMC-ni məhkəməyə verib. 

Yenisabah.az xəbər verir ki, iddia Bakı Kommersiya Məhkəməsinin hakimi Aytən Əliyevanın icraatındadır. Açıq mənbələrdə məhkəmə çəkişməsinin səbəbi barədə hər hansı qeyd yoxdur. İddialara görə isə, “Azərişıq”ın MMC-ni məhkəməyə verməsi külli miqdarda borcla bağlıdır. 

"Bakı-XXI Əsr” 2004-cü ildə yaradılıb. Nizamnamə kapitalı 14,9 milyon manat olan Şirkət Bakı Beynəlxalq Avtovağzal Kompleksinin inşası layihəsi üzrə baş podratçı olub, eləcə də uzun illər kompleksi idarə edib.  Dördpendirli pizza

Ötən il "Bakı-XXI Əsr” MMC yenidən təşkil olunmuşdu. Buna səbəb tərkibindən ayrılma baş verməsi və "Krosvey" MMC-nin yaradılması idi.

Bu ilin mart ayında isə “Bakı-XXI Əsr” MMC-nin fəaliyyətinə xitam verilib. Şirkət "Top Properties” MMC-yə birləşib. Bir ay sonra “Krosvey” MMC də ləğv olunub.

“Bakı-XXI Əsr” MMC-nin sahibi keçmiş Nəqliyyat naziri Ziya Məmmədovun qardaşı, sabiq deputat Elton Məmmədov olub. /Hit.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!