Elvin Basqallının Kürdəmirdə düşdüyü qəzanın təfərrüatları

saytların hazırlanması

Evə çatdırılma

Elvin Basqallının Kürdəmirdə düşdüyü qəzanın təfərrüatları

Hadisə

14 Yanvar 2024 17:45 662


Tanınmış jurnalist Elvin Basqallı Kürdəmirdə avtomobil qəzasına düşüb.

"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə Bakı-Qazax əsas magistral yolunun rayonun Atakişili kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, sürücü Nicat Tarverdiyev "Hyundai Santafe" markalı avtomobillə Bakı istiqamətində hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq aşıb. Pepperoni pizza

Hadisə zamanı Elvin Tarverdiyev və ailə üzvləri avtomobildə olublar. Qəzada xəsarət alan olmasa da, avtomobilə ciddi ziyan dəyib.

Hazırda fakt araşdırılır.

Qeyd edək ki, tanınmış jurnalist Elvin Tarverdiyev (Basqallı) hazırda “Azəristiliktəchizat” ASC-nin mətbuat katibidir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!