Elvin İsayev Ukraynadan Azərbaycana deportasiya edildi, həbs olundu -   RƏSMİ

saytların hazırlanması

Evə çatdırılma

Elvin İsayev Ukraynadan Azərbaycana deportasiya edildi, həbs olundu - RƏSMİ

Hadisə

14 Dekabr 2019 12:13 6307


Azərbaycan Respublikasının vətəndaşı, 1980-ci il təvəllüdlü İsayev Elvin İltixam oğlu Ukraynada miqrasiya qanunvericiliyinin tələblərinin pozulmasına görə 12 dekabr 2019-cu il tarixdə qayıdış şəhadətnaməsi əsasında Azərbaycana deportasiya edilib.

Bu barədə "Yeni Sabah"a Dövlət Miqrasiya Xidmətinin (DMX) İctimaiyyətlə əlaqələr idarəsindən məlumat verilib. 

Bildirilib ki, E.İsayevin mövcud vəziyyəti ilə əlaqədar zəruri ehtiyaclarının ödənilməsi üçün Dövlət Miqrasiya Xidmətinə müraciəti təmin olunaraq könüllü tibbi müayinədən keçirilməklə müvəqqəti sığınacaqla təmin edilib. Pepperoni pizza

Eyni zamanda Azərbaycan Respublikası Baş Prokurorluğunun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində istintaq edilən cinayət işi üzrə barəsində Nəsimi Rayon Məhkəməsinin 22 avqust 2019-cu il tarixli qərarı əsasında seçilmiş həbs qətimkan tədbiri ilə əlaqədar E.İsayev dekabrın 14-də Penitensiar xidmətin 1 saylı istintaq təcridxanasına yerləşdirilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!