Futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi türkiyəli məşhur mütəxəssis Ersun Yanal ola bilər.
“Yeni Sabah” “Milliyyet”ə istinadən xəbər verir ki, hazırda “Fənərbaxça”da baş məşqi kimi çalışan 59 yaşlı məşqçi milli komandamıza namizədlər arasındadır.
Bildirilir ki. Nikola Yurçeviçin gedişindən sonra boş qalan baş məşqçi yeri E. Yanalla doldurula bilər. AFFA-nın axtardığı məşqçilər içində türkiyəli çalışdırıcının da yer alması Türkiyə mediasında qəribə qarşılanıb. Çünki mütəxəssis hazırda İstanbul klubu ilə yola davam edir. pizza sifarişi
Qeyd edək ki, E.Yanal 2018-ci ildən “Fənərbaxça”nı çalışdırır. Onun komanadası 19 turdan sonra turnir cədvəlində 2-ci sıradadır.

Telegram kanalımız