Elxan Məmmədov söz verdi - Mingəçevir klubu çempionata qayıdır

saytların hazırlanması

Evə çatdırılma

Elxan Məmmədov söz verdi - Mingəçevir klubu çempionata qayıdır

İdman

19 Noyabr 2021 17:17 843


Region Liqasında çıxış edən Mingəçevirin “Energetik” klubu yenidən Azərbaycan çempionatının Birinci divizionunda mübarizə aparacaq.

Yenisabah.az xəbər verir ki, bu barədə apasport.az saytına komandanın məşqçisi Azər Həşimov məlumat verib.

O bildirib ki, AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov bu günlərdə Mingəçevirə səfəri zamanı bu barədə söz verib: Sezar pizza

“Bilirsiniz ki, Region Liqası həvəskar çempionat sayılır. AFFA vitse-prezidentinə dedik ki, peşəkar klub kimi fəaliyyət göstərmək istəyirik. O da söz verdi ki, şərait yaradacaq, gələn mövsüm ölkə çempionatında - birinci divizionda iştirak edəcəyik”.

Azər Həşimovun sözlərinə görə, AFFA Mingəçevir stadionunun təmirinə də maliyyə yardımı edəcək.

Qeyd edək ki, Region Liqasının Şimal-Qərb regionunda mübarizə aparan “Energetik” ilk 2 oyunda 6 xal toplayaraq turnir cədvəlinə başçılıq edir.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!