Elxan Məmmədov TFF rəhbərliyi ilə görüşdü

saytların hazırlanması

Evə çatdırılma

Elxan Məmmədov TFF rəhbərliyi ilə görüşdü

İdman

25 Noyabr 2020 21:13 1357


AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov bu gün İstanbul şəhərində Türkiyə Futbol Federasiyasının (TFF) rəhbərliyi ilə görüşüb.

AFFA-dan Yenisabah.az-a verilən məlumata görə, TFF-nin prezidenti Nihat Özdemir, birinci vitse-prezident Servet Yardımcı və baş katib Kadir Kardaşın iştirak etdiyi görüşdə E.Məmmədov “Qarabağ” klubunun UEFA Avropa Liqasının qrup mərhələsindəki ev oyunlarının İstanbulda keçirilməsinə şərait yaradılması və Azərbaycan milli komandasının UEFA Millətlər Liqasında ev oyunları üçün TFF tərəfindən eyni təklifin verilməsinə görə AFFA-nın prezidenti Rövnəq Abdullayevin adından təşəkkürünü bildirib.

AFFA və TFF arasında qarşılıqlı əməkdaşlığın daha da inkişaf etdirilməsi, xüsusilə Türkiyə Super Liqasındakı təcrübə nəzərə alınaraq Azərbaycan Premyer Liqasında VAR sisteminin tətbiqi ilə bağlı ətraflı müzakirə aparılıb. pizza mizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!