Elxan Məmmədova FİFA-da yüksək vəzifə verildi

saytların hazırlanması

Evə çatdırılma

Elxan Məmmədova FİFA-da yüksək vəzifə verildi

İdman

20 Aprel 2022 17:33 502


AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədova FİFA-da yüksək vəzifə verilib. O, FİFA-nın Avropa Milli Assosiasiyalarla iş üzrə direktoru təyin olunub. 

Yenisabah.az xəbər verir ki, bu barədə FİFA-nın saytında məlumat yerləşdirilib.

E.Məmmədov 2022-ci il mayın 1-dən vəzifəsinin icrasına başlayacaq. O, FİFA Forward proqramının həyata keçirilməsi üzrə regional strategiyalara, inkişaf layihələrini müəyyən etmək və onların icrasını təmin etmək məqsədilə 55 FİFA üzvü olan Avropa assosiasiyalarının konkret tələblərini təhlil etmək üçün xüsusi məsuliyyət daşıyacaq.   pizza hut

O, yeni vəzifəsində FIFA-nın İdarəetmə və Strateji layihələr üzrə direktoru Nodar Axalkatsini əvəzləyəcək.

Qeyd edək ki, Elxan Məmmədov AFFA-da fəaliyyətini İcraiyyə Komitəsinin üzvü və ictimai əsaslarla vitse-prezident olaraq davam etdirəcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!