Elxan Poluxova yeni vəzifə verildi - SƏRƏNCAM

saytların hazırlanması

Evə çatdırılma

Elxan Poluxova yeni vəzifə verildi - SƏRƏNCAM

Maraqlı

17 Oktyabr 2022 15:36 1116


Prezident İlham Əliyev Azərbaycan Respublikasının Misir Ərəb Respublikasındakı səfiri ilə bağlı sərəncam imzalayıb.

Yenisabah.az xəbər verir ki, sərəncama əsasən, Elxan Polux oğlu Poluxov Azərbaycan Respublikasının Misir Ərəb Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Qeyd edək ki, Elxan Poluxov bu ilin avqustunda Azərbaycan Respublikasının Braziliya Federativ Respublikasında və eyni zamanda Ekvador Respublikasında, Qayana Kooperativ Respublikasında, Surinam Respublikasında, Trinidad və Tobaqo Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılmışdı.  Sezar pizza

Prezidentin digər sərəncamı ilə İlqar Yusif oğlu Muxtarov Azərbaycan Respublikasının Müqəddəs Taxt-Tacda (Vatikan) fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!