Elxan Şükürlü Ədalət Partiyası sədrinin müavini təyin edildi

saytların hazırlanması

Evə çatdırılma

Elxan Şükürlü Ədalət Partiyası sədrinin müavini təyin edildi

Siyasət

17 Avqust 2020 18:01 3914


"Strateq.az" saytının baş redaktoru Elxan Şükürlü Ədalət Partiyasının Siyasi Şurasının üzvü və partiya sədrinin siyasi məsələlər üzrə müavini vəzifəsinə təyin edilib.

 Yenisabah.az xəbər verir ki, bununla bağlı bu gün Ədalət Partiyasının sədri İlyas İsmayılov sərəncam imzalayıb.

 Xatırladaq ki, E. Şükürlü Ədalət Partiyasının qurucularından biri olub, 2000-2011-ci illərdə partiya sədrinin mətbuat və informasiya məsələləri üzrə müavini vəzifəsini tutub. 2011-ci ildə İlyas İsmayılovun artıq dünyasını dəyişmiş oğlu Etimad İsmayılovla mübahisəsi səbəbindən partiya sıralarından istefa verib, yenidən jurnalistlik fəaliyyəti ilə məşğul olub. 2015-ci ildən "Strateq.az" analitik-internet qəzetinin təsisçisi və baş redaktorudur. Dominos pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!