Elza ilə aparıcı arasında efirdən sonra yaşananlar - Video

saytların hazırlanması

Evə çatdırılma

Elza ilə aparıcı arasında efirdən sonra yaşananlar - Video

Şou

17 May 2020 17:21 2073


Əməkdar artist Elza Seyidcahanın "Elgizlə izlə" verilişində aparıcı Pərvanə Tahirqızı ilə mübahisə edərək efirdən getməsinin görüntüləri yayılıb.

Yenisabah.az xəbər verir ki, canlı yayımda başlayan söz savaşı reklam fasiləsində də davam edib. Seyidcahan onun ünvanına "Kim fərqli saç düzümü etsə, sizi təkrarlamış sayılır? Anadan belə doğulmamısınız ki" sözlərini deyən aparıcını məhkəmə ilə hədələyib.

"Məni burada şantaj edirsən. Səni məhkəməyə verib, hər şeyi sübut edib təzminat alaram. Belə şey olmaz. Verilişdən gedirəm. Belə adamlarla oturmaq istəmirəm. Getsin mənim tələbə vaxtlarımı araşdırsın" deyərək, müğənni bacısını da götürüb, studiyadan gedib. pizza sifarişi

Həmin görüntüləri ARB TV yayıb.

Qeyd edək ki, Pərvanə "Kimsə fərqli obraz edirsə, demək Elza Seyidcahanı təkrarlayır? Yanlış fikirdi. Hollivud ulduzları var ki, avanqard geyinir, başlarına şamdan qoyurlar. Mən də sabah fərqli stil edəcəm, o demək deyil ki, Elza xanımı təkrarlayıram. O da kimdənsə görüb götürüb. Yuxudan oyananda özünü belə görməyib" sözlərini söyləyib.

"Bəli, anadan belə doğulmuşam. Mənim vikipediyama baxsanız, görərsiniz. Oranı yaxşı izləyin" deyə, Seyidcahan cavab verib.  /Axsam.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!