“Musiqi bazarı yoxdur, bazar onda olar ki, bəstəkarlardan mahnı alalar. Bazar çoxdan dağıdılıb. “Bayağı” deməzdim, tərbiyəsiz deyərdim. Bayağı onun yanında hörmətli musiqidir”
"Yeni Sabah" pravda.az-a istinadla xəbər verir ki, bunu Əməkdar artist Elza Seyidcahan bildirib.
“Qara Qarayev bu dəhşəti bilsəydi, bunu “bayağı” adlandırmazdı, başqa termin deyərdi. Çox biabırçı! Tərbiyəsizlikdir. Sənətkarlar pula satılırlar, yalandan tərifləyirlər. Cəsarətləri qalmayıb. Cəsarət bizik. Əzm də bizdədir, sənətimizi qoruyuruq, ailəmizi də saxlayırıq. Həm anayıq, həm övlad, həm də nənəyik. Səhnədə öz yerimiz var, heç vaxt satılmadıq. Bir xalqa musiqidə azadlıq verilirsə, o demək deyil ki, hərc-mərclik olmalıdır. Anam bizə elə tərbiyə verib ki, milyon kişinin içində otura bilərəm, amma mən orda özümü qorumalıyam”. Dördpendirli pizza
Telegram kanalımız