Əməkdar artisti Elza Seyidcahan qonaq olduğu “Zarafat Bir Yana” verilişində tamaşaçıların sualını cavablandırıb.
Yenisabah.az Olay-a istinadla xəbər verir ki, izləyici müğənninin diqqətinə Rəfael İsgəndərovun onun şeirləri barədə fikrini yada salıb.
Seyidcahan deyib: “Mən bu verilişində Rafael İsgəndərov qonaq olduğu bölümə baxdım. Yaradıcılıq odur ki, ağlatmalısan, güldürməlisən. Məni bəyənməyən insanlar ömürboyu qadın obrazından çıxmayıblar. Dominos pizza
Bunu demək istəməzdim, amma keçən dəfə Zaurun verilişində bu ifadəni işlədəndə düşünürdüm ki, aktyordur zarafat edir. Mən də zarafatı qəbul etdim. Amma sizin verilişində onun cavabından sonra mən gördüm ciddidir. Deməli, o şeirlərimi başa düşməyib. Onda mən də deyim ki, neçə ildir səy-səy sənin yaşıl pencəyinə baxıb gülürəm. Bu mənim yaradıcılığımdır əgər sən başa düşmürsənsə, bu mənim günahım deyil. Coşqun mənə heç vaxt bu sözü deməzdi, amma Rafaelin deməyi məni məyus etdi”.
Telegram kanalımız