Elza Seyidcahan aparıcılıq edəcək

Elza Seyidcahan aparıcılıq edəcək

Şou Veb saytların hazırlanması

10 Avqust 2020 12:39 1558


Əməkdar artist Elza Seyidcahan da aparıcılıq edəcək.

Bu haqda Yenisabah.az-a müğənni özü məlumat verib. O bildirib ki, təqdim edəcəyi veriliş  "Space" telekanalında yayımlanacaq.

"Sfetofor" adlanan proqramı Elza Seyidcahan, bacısı Rasimə Seyidcahan və Nərminə Ağası ilə birlikdə aparacaq: 

“Verilişi biz üç xanım aparacağıq – Mən, Rasimə xanım və Nərminə Ağası. Proqram “Sfetafor” adlanır və hərəmiz də bir işığı təmsil edəcəyik: Mən qırmızı işıq, Nərminə xanım sarı, Rasimə də yaşıl. Pandemiya dövründə bu işıqları yalnız maşınlar üçün yox, həm də zaman üçün, insanlar üçün yandıracağıq. Çox sevindirici haldır ki, verilişimiz “YouTube” kanalına yerləşdirilməmiş müxtəlif kanal rəhnərlikləri tərəfindən çox bəyənildi. Heç biz yerləşdirməmiş “Space” telekanalı verilişi yaxşı mənada “qamarladı”. Bu da bizi çox sevindirdi”. 

Sənətçi verilişin sentyabr ayından efirə gedəcəyini bildirib: 

“Sentyabr ayının birindən başlayaraq veriliş efirə gedəcək. Artıq anonslar yayımlanmağa başlayıb. İlk  qonağımız Tahir İmanov və bir psixoloq oldu. Verilişin başlıca prinsipi sənət və peşəkarlıq olacaq. Bizim verilişdə əsl xanımlıq, ziyalılıq təbliğ olunacaq. Bəzi insanlar ancaq kütləyə işləyirlər, lakin Qara Qarayev deyib ki, kütləni öz səviyyənizə qaldırın, özünüz kütlənin səviyyəsinə enməyin. Mən sizi  inandıraram ki, verilişə 7-dən 70-ə hər kəs baxacaq. Verilişdə geyinəcəyimiz libasların da hamısı ekslüziv olacaq. Bu əlbəttə ki, çətindir, çünki hər veriliş üçün qırmızı, sarı, yaşıl geyimdə olmalıyıq. Bu da məsuliyyət tələb edir”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!