Elza Seyidcahan küçədə kitab payladı - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Elza Seyidcahan küçədə kitab payladı - Fotolar

Şou

05 Avqust 2020 11:00 1529


Əməkdar artist Elza Seyidcahan Qurban bayramında fərqli addım atıb.

Yenisabah.az-a danışan sənətçi bayramda vətəndaşlara ət, kitab və disklərini paylayıb. Bəstəkar bu addımını qəribə qarşılayanların da olduğunu deyib:

"İnsanlar ancaq yeməyi fikirləşirlər. Hətta bir nəfərə kitab verdim, dedi ki, “kitabla mənim nə əlaqəm?” Bəziləri kitabdan o qədər uzaqlaşıblar ki… Amma kitab bizim ruhi qidamız, tərbiyəmizdir. Ona görə mən bu addımı atmağı özümə borc bildim. Mən bunu özümü tərifləmək üçün yox, etmirəm, hər zaman xalqın yanında olmuşam, həmçinin də Qurban bayramında. Belə gündə ən gözəl hədiyyə başqa nə ola bilərdi? Məhəmməd Peyğəmbərimiz deyib ki, beşikdən qəbrə qədər öyrənmək lazımdır”. Toyuqlu pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!