Elza Seyidcahan müğənnilərə səsləndi:   “Bir il pulsuz oxuyaq“

saytların hazırlanması

Evə çatdırılma

Elza Seyidcahan müğənnilərə səsləndi: “Bir il pulsuz oxuyaq“

Şou

01 İyul 2021 16:08 1185


Ölkəmizdə  koronavirus pandemiyasına görə kütləvi tədbirlərin keçirilməsinə qoyulan qadağadan on altı ay sonra toy və digər ailə şənliklərinin keçirilməsinə icazə verilib. Amma onları əvvəlki kimi keçirmək alınmayacaq, qonaqların sayına limit qoyulub və onların hamısının COVID-pasportu olmalıdır.

On altı ay sonra yenidən işlərinə dönən bəzi sənətçilər toy qiymətlərini artırıblar. Onların bu addımı vətəndaşlar tərəfindən birmənalı qarşılanmayıb, sərt tənqid edilib.

 Yenisabah.az-a danışan Əməkdar artist Elza Seyidcahan məsələyə özünəməxsus tərzdə yanaşıb. pizza sifarişi

Bəstəkar-müğənni həmkarlarını bir il toylarda pulsuz oxumağa dəvət edib:

“Toy olsun, bayram olsun, həyat firavan olsun. Bir il hamı pulsuz oxusun ki, Allah günahlarını tez bağışlasın. Müğənnilər pul istəməsinlər, toy sahibləri isə ikiqat pul versinlər. Cizgi filmində də deyildiyi kimi: “Ребята,  давайте жить дружно!” (Uşaqlar, gəlin mehriban olaq!). Gəlin, bir-birimizi anlayaq”.  

Əsmətxanım


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!