Elza Seyidcahan üzr istədi

saytların hazırlanması

Evə çatdırılma

Elza Seyidcahan üzr istədi

Şou

07 Mart 2020 16:25 16698


Əməkdar artist Elza Seyidcahan ilə Mətanət Əsədova və Manaf Ağayev arasında yaşanan qalmaqal gündəmi zəbt edib. Bu gün "Xəzər Tv"dən verilən rəsmi açıqlamaya görə, Tolikin "Hər şey daxil" verilişi bağlanıb.

"Yeni Sabah" xəbər verir ki, Əməkdar artist Elza Seyidcahan Xəzər TV-nin yeni rəhbəri Murad Dadaşov və teleaparıcı Tarix Əliyevdən üzr istəyib.

Sənətçi "İnstagram" səhifəsində bununla bağlı paylaşım edib: Dominos pizza

"Manaf müəllimi gözləyirdim ki, bu sənət müzakirəsinin xoşagəlməz notlarını üzərindən silər. Ona görə də "Hər şey daxil” verilişinə zəng elədim ki, sənət çalarlarını bir daha anladım. Çünki gözəl müzakirəyə səbəb olacaq mövzu açılmışdı.

Bütün sənətkarlar və musiqi sevərlər bir-birinə dəyib.

Amma mən tərbiyəli insan olaraq Xəzər televiziyasından, Tarix Əliyevdən və başda hörmətli Murad Dadaşov olmaqla hamıdan üzr istəməyi özümə borc bilirəm ki, gəlişinizin ilk günündə sizə və kollektivinizə narahatlıq gətirdik”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!