Elza Seyidcahandan "Koronavirus" şeiri haqda açıqlama

saytların hazırlanması

Evə çatdırılma

Elza Seyidcahandan "Koronavirus" şeiri haqda açıqlama

Şou

26 Fevral 2020 07:32 5138


Dünən "Facebook" sosial şəbəkəsində əməkdar artist Elza Seyidcahana məxsus olduğu iddia edilən yeni bir şeir yayılıb. Amma əməkdar artistə aid olduğu söylənilən "Gəl gözünə döndüyüm korona, Milli Məclisə" adlı şeir əslində onun deyilmiş... "Yeni Sabah" xəbər verir ki, Elza Seyidcahan bu şeirlə bağlı musavat.com-a danışıb. O qeyd edib ki, 25 fevral tarixində yayılan məlum şeir ona məxsus deyil: "Mənim adımdan yenə də yalan olaraq şeirlər yayırlar. Qətiyyərlə bildirirəm ki, bu son şeir də mənə məxsus deyil. Mən bu cür siyasi məzmunlu şeirlər yazmıram". Xatırladaq ki, bir neçə gün öncə də əməkdar artistin adından sosial şəbəkədə siyasi yönümlü şeir yayılmışdı. Əməkdar artist həmin şeiri yayan şəxslə bağlı DİN-ə müraciət etdiyini və araşdırma aparıldığını bildirmişdi.
Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!