Əməkdar artist Elza Seyidcahan karantin vaxtı sənət adamlarının maddi sıxıntıları barədə danışıb.
Yenisabah.az xəbər verir ki, Xəzər televiziyasında qonaq olan müğənni toy olmasa da ac qalmadığını deyib:
"Toylara gedirdim, yaradıcılığımdan uzaq düşürdüm. Sənətimdən uzaq qalırdım. İnsan var, toy olanda sevinirdi, mən yox. Vaxtımı alırdılar. Parçalanıram, sənətimdən ayrılıram. Tarixdə yaşamaq üçün insanın rəssamlığı, bəstəkarlığı olmalıdır. Sənətkarlar ac qalmırlar. Onların sənəti onları qidalandırır. Bir əsər ərsəyə gətirəndə elə bilirəm bir qazan plov etmişəm. Sənətini pula satanlar indi acından ölürlər, pis gündədir. Ağlayırlar ki, pul yoxdur. Qorxurlar bir qızılı, evi, maşını azalacaq. Anam hər zaman deyir ki, pulu sənətə xərcləyirsən. Deyirəm ki, insanın əmlakı, obyekti, sərmayəsi elə sənətidir". Sezar pizza
Telegram kanalımız