Elzadan yeni şeir: “Başını  fırladan mənim bədənimdir“

saytların hazırlanması

Evə çatdırılma

Elzadan yeni şeir: “Başını  fırladan mənim bədənimdir“

Şou

22 May 2021 12:41 2042


Əməkdar artist Elza Seyidcahan yeni şeirini təqdim edib. 

Yenisabah.az xəbər verir ki, sənətçinin yeni şeiri "Korset" adlanır. O, sosial şəbəkə hesabında şeirini izləyiciləri ilə bölüşüb.

Həmin şeiri təqdim edirik: pizza mizza

                 "Korset"

Başını  fırladan mənim bədənimdir

Altına girdiyim mənim ədəbimdir

İçimdə süzən bu ruhum təbibimdir

Ağzımdan tökülən sözüm ədibimdir

Yolumu gözləyən o mənim vətənimdir.

Fikrimdə yalquz həsrət var

Səfərimdir

Zamanı gələr, gec də olsa,

Kəfənimdir

Əzizlərdən ayrılığım uzaq olsa,

Kədərimdir

Sevgilimin qollarından ayrı düşsəm

Zəhərimdir

Ağıla gəlməyən bu fikir, dost da olsa, Qəhərimdir

Əynimə geydiyimi görüb  yozduğumuz

Təhərimdir

Qarşımda əriyən bu şam

Adamımdır,

Başımı fırladan mənim yazanımdır

Yamanımdır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!