“Əmək bazarı ilə təhsil arasında uyğunsu­zluqlar yaranıb“   - Rektor

saytların hazırlanması

Evə çatdırılma

“Əmək bazarı ilə təhsil arasında uyğunsu­zluqlar yaranıb“ - Rektor

İqtisadiyyat

25 Oktyabr 2021 10:19 1301


Cəmiyyətdə və iqtisa­diyyatda, bütövlükdə həyatın bütün sahəl­ərində köklü dəyişik­liklər baş verməsinə baxmayaraq, universitetlər yarandığı ilk vaxtlardan bu günl­ərə qədər təhsil tex­nologiyaları dəyişməz olaraq qalıb.

Yenisabah.az xəbər ve­irir ki, bu fikirləri Azərbaycan Dövlət İqtisad Universiteti­nin (UNEC) rektoru, professor Ədalət Mur­adov deyib.

Rektor bildirib ki, mütəxəssislərə tələb­lər ciddi dəyişiklik­lərə məruz qalsa da, təhsil texnologiyal­arı dəyişməz olaraq qalıb. Bu isə əmək bazarı ilə ali təhsil sistemi arasında ci­ddi obyektiv uyğunsu­zluqlar yaradıb: Toyuqlu pizza

“Sö­hbət ondan gedir ki, mövcud təhsil texno­logiyaları keçmişdə olduğu kimi, bilik və vərdişlərə malik olanlarla həmin bilik və vərdişlərə sahib olmaq istəyənlər ar­asında bir vasitəçil­ikdən ibarətdir.​ Son nəticədə bilik və vərdişlərə sahib ol­maq istəyənlərin uğu­ru müəllimin malik olduğu bilik və vərdi­şlərə uyğunluğu ilə qiymətləndirilir”. 

Ədalət Muradovun söz­lərinə görə, müasir tələblərə cavab verən ali təhsilin gələc­əyi həm də təhsil te­xnologiyalarının yen­ilənməsindən keçir. Yeni təhsil texnolog­iyaları təhsilalanla­rın komandalarda, bi­lik və vərdişləri da­ha çox müstəqil şəki­ldə əldə etməsinə im­kan verən, hər bir təhsilalanın fərdi ba­carıqlarını nəzərə alan təhsil texnologi­yalarıdır. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!