Dövlət qurumundan hava şəraitinə dair XƏBƏRDARLIQ

saytların hazırlanması

Evə çatdırılma

Dövlət qurumundan hava şəraitinə dair XƏBƏRDARLIQ

Sosial

31 İyul 2025 12:03 754


Havanın temperaturu 41 dərəcə selsidən çox olduqda işçilərin həyat və sağlamlığının qorunması üçün zəruri tədbirlər görmək işəgötürənlərin əsas vəzifələrindən biridir.

Yenisabah.az xəbər verir ki, bu barədə Dövlət Əmək Müfəttişliyi Xidməti xəbərdarlıq yayıb.

Əmək Məcəlləsinə əsasən, qeyd edilən hava şəraitində açıq havada və sərinləşdirici qurğular olmayan iş yerlərində bütün növ işlərin görülməsi dayandırılmalıdır. Dominos pizza

İşçilərə sərinləşmək üçün imkan yaradılmaqla fasilələr verilməli, fasilələrin sayı, müddəti işəgötürənlə həmkarlar təşkilatının birgə qərarı əsasında müəyyən olunmalıdır.

Bu fasilələr iş vaxtına daxil edilməli və fasilələr zamanı əmək haqqı işçilərin tarif maaşına görə ödənilməlldir.

İş dayandırıldıqda boşdayanma vaxtının haqqı işçinin təqsiri üzündən baş verməyən boşdayanma kimi, tarif maaşının üçdə iki hissəsindən az olmayaraq ödənilməlidir.

Əmək şəraiti şərtləri imkan verdiyi hallarda günün isti vaxtında iş dayandırılaraq (uzun fasilə verilərək) iş günü hissələrə bölünməklə iş rejimi tənzimlənə bilər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!