Əmək pensiyaları artırılacaq - Bu tarixdən

saytların hazırlanması

Evə çatdırılma

Əmək pensiyaları artırılacaq - Bu tarixdən

Sosial

09 Sentyabr 2025 16:12 16720


Azərbaycanda pensiyalar sonuncu dəfə 2025-ci il yanvarın 1-dən indeksləşdirilərək 8,1% artırılıb və bu artım təxminən 1,1 milyon pensiyaçıya şamil olunub. Eyni zamanda minimum pensiya məbləği 280 manatdan 320 manata çatdırılıb.

Sosial müavinətlərin məbləğləri isə 2025-ci il iyulun 1-dən Prezident İlham Əliyevin 2024-cü il 23 dekabr tarixli Sərəncamına əsasən artırılıb.

Azərbaycanda pensiya və sosial müavinət artımları ilə bağlı Metbuat.az-ın sualına cavab olaraq Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, millət vəkili Vüqar Bayramov bildirib ki, gələn ildən etibarən əmək pensiyaları indeksləşdirilərək artırılacaq: Marqarita pizza

“Bu, "Əmək pensiyaları haqqında" qanunun tələblərinə uyğundur və artıq növbəti ilin yanvarından etibarən 2025-ci ildə orta aylıq əmək haqqındakı artım faizinə uyğun olaraq bütün növ əmək pensiyaları artırılacaq. Bu artımlar əmək pensiyası alan bütün vətəndaşlar üçün nəzərdə tutulur. Söhbət 100 min-dən artıq vətəndaşın pensiyasının indeksləşdirilərək artırılmasından gedir. Həm yaşa görə, həm əlilliyə görə, həm də valideyn itirməyə görə əmək pensiyası alan vətəndaşların pensiya məbləği gələn ildən etibarən indeksləşdirmə nəticəsində artacaq”.

Millət vəkili qeyd edib ki, sosial qanunvericiliyin mütəmadi təkmilləşdirilməsi Milli Məclisin əsas fəaliyyətlərindən biridir:

“Əmək və sosial siyasət komitəsi tərəfindən müzakirə edilən qanun layihələri və gələcəkdə müzakirəyə çıxarılacaq layihələr birbaşa sosial təminatın və müdafiənin gücləndirilməsinə, həmçinin bu istiqamətdə qanunverici bazanın təkmilləşdirilməsinə xidmət edir. Bütövlükdə qanunvericiliyin təkmilləşdirilməsi əsas prioritet olaraq qalır və bununla bağlı mütəmadi təkliflərin təqdimatı və layihələrin müzakirəsi müşahidə olunur. Sözsüz ki, artımların, xüsusən də əməkhaqqı və pensiya artımlarının müəyyən edilməsi Milli Məclisin səlahiyyətinə daxil deyil. Cənab Prezident tərəfindən sərəncam imzalandıqdan sonra qanun layihəsi Milli Məclisdə müzakirəyə çıxarılır. Milli Məclis bu istiqamətdə qanunvericiliyi formalaşdırır. Minimum pensiya ilə bağlı qanun minimum əmək haqqı ilə əlaqələndirilir”, - deyə Vüqar Bayramov əlavə edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Ferhad
    Men sabani ferhad metlleb oglu 44 gunuk muharebe veteraniyam qalmaga yerim yoxdu dovlet bascimizdan xayis edirem mene komey edsinler kiraye qalirdim evin pulun vermedim diye dostum gilin evinde qaliram utaniram da xayis edirem mene qalmaga yer komey edesiz hec yerde isdemirem 80 manat penisyamida kirdet tutur xayis edirem komey edin 070 200 75 62
    8 months ago
  • Adil
    Mən buna 2 başlı artım deyərdim. Cünki, pensiyalar 8,1 % indeksləşdi, amma pensiya vaxtına qalmiş vətəndaşlar, yəni işləyən təbəqə, ki, var, onların kapitalı 1,1% lə indeksləşdirildi. Bəyəm, inflyasiya bizim ölkədə pensionetlərə ayrı, işləyənlərə ayrı olur?
    8 months ago