Əməkdar artist İlkin Əhmədov Xalq artisti Arif Babayevlə bağlı danışıb.
Yenisabah.az xəbər verir ki, o, “Qonaqcanlı” verilişində xanəndənin 100 illiyinə 100 ədəd quzu kəsəcəyini deyib:
“Sizin 100 illiyinizə nə qalıb ki?! Əhd etmişəm ki, Arif müəllimin100 illik yubileyinə 100 ədəd quzu kəsəcəyəm. Arif müəllimin 80 yaşı tamam olanda dedim ki, sizin 100 illiyinizdə 100 ədəd quzu gətirəcəyəm. Cavab verdi ki, indi o 10 ədəd quzunu gətir qalsın 90-nı”. Sezar pizza
A.Babayev isə İ.Əhmədovun bu sözlərinə gülərək “Quzunun doqquzunu gözləyirəm. Çox uzaq eləmə” cavabını verib.
Fevralın 20-si Arif Babayevin 87 yaşı tamam olub.
Telegram kanalımız