"Ərin pulu olmaya-olmaya dirəşib, plastik əməliyyat etdirən arvad çoxdur. Kompleks halını alıb, hamı özündə qüsur axtarır. Bunlara beyinşəkilləndirmə də etsinlər".
Yenisabah.az axşam.az-a istinadla xəbər verir ki, bu sözləri Əməkdar artist Coşqun Rəhimov "Şən gənc" proqramında deyib.
O bildirib ki, 15 yaşlı qızlar belə plastik əməliyyat etdirir: pizza
"Plastik əməliyyat xəstəlikdir. Kiminsə hansısa kompleksi var. Amma vəhşicəsinə, inqubator kimi bir-birinin arxasınca, oxşarlıq robotlaşma gedir. Qadınlarımız bir-birinə oxşayır. 15, 16 yaşında qızlarımız bıçaq altına yatır. Bu, böyük faciədir".
Telegram kanalımız