Fərqanə Qasımova ad günü ilə bağlı paylaşım edib.
Yenisabah.az xəbər verir ki, 45 yaşlı Əməkdar artist qeyd edib:
“Dünya rəngarəng,biz də bir rəng. Sənətkar ocağında dünyaya göz açdım. Ustadımın zəhməti ilə onun yanında tez böyüdüm. Dördpendirli pizza
Yaradanın nəsib etdiyi istedadla 30 il Alim Qasımovla bərabər dünya səhnələrində unudulmaz, həyəcan dolu anlar yaşadım, çiyinlərimdəki ağır məsuliyyəti tamaşaçı alqışı xəfiflətdi, həvəsləndim, qanadlandım.
Doğma Azərbaycanda da da, xaricdəki solo konsertlərimdə də təkamülə doğru yürüdüm, muğam sənətinin elmini öyrənmək arzum qədim “Nəva”nın, unudulmuş xalq mahnılarının xəzinəsinin - ecazkar musiqi aləminin qapılarını üzümə açdı.
4 övladımla həyatda qalmağa çalışdım.Sevdim-sevildim. Bu fani dünyadan çox istəyim yoxdur - pisi yaxşıdan seçməkdə mənə yardım etsin. 45 yaşım mübarək, ugurlu olsun”.
Telegram kanalımız