Əməkdar artist aparıcı ilə dalaşıb efirdən getdi 

saytların hazırlanması

Evə çatdırılma

Əməkdar artist aparıcı ilə dalaşıb efirdən getdi 

Şou

29 İyul 2020 21:29 3015


Əməkdar artist Sevinc Əliyeva "Space" kanalında yayımlanan "Hər səhər" proqramında küsüb studiyanı tərk edib.

“Yeni Sabah” Axşam.az-a istinadən xəbər verir ki, buna səbəb aparıcı Anar Vaqifoğlunun ona plastik əməliyyatla bağlı ünvanladığı sual olub. Aparıcı israrla aktrisanın ayaqlarında plastik əməliyyat etdirdiyini, hətta yenidən estetik müdaxiləyə hazırlaşdığını deyib.

S.Əliyeva isə bunları şayiə adlandırıb. O bildirib ki, heç vaxt əməliyyata müraciət etməyib: Marqarita pizza

"Mənim əyri ayaqlarım olmayıb, əməliyyata ehtiyac duymamışam. Düz ayaqlarım var. Hər zaman da qısa geyinmişəm. İndi də heç bir plastik əməliyyat etdirməyi düşünmürəm. Çəkilişlərim var, necə edə bilərəm? Məni boğaza yığdın".

Anar isə onu əməliyyat edəcək plastik cərrahı telefonla efirə bağlayacağını deyib. Aktrisa əsəbləşərək studiyanı tərk edib.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!