Əməkdar artist: Fəqərəmdə çat var, mənə əyilmək olmaz - Video

saytların hazırlanması

Evə çatdırılma

Əməkdar artist: Fəqərəmdə çat var, mənə əyilmək olmaz - Video

Şou

18 Oktyabr 2024 10:10 523


Əməkdar artist Kübra Əliyevanın səhhətində problem yaranıb.

Yenisabah.az olay-a istinadla xəbər verir ki, bu barədə o, “Elgizlı izlə” verilişində danışıb.

Aktrisa bildirib ki, bir müddət əvvəl ev işləri ilə məşğul olarkən fəqərə sütununda çatlar əmələ gəlib və yerişinndə problemlər yaranıb: Dördpendirli pizza

“12 il bundan əvvəl ağır xəstəliklər, kimyaterapiyalar keçirtdim. Xanımlar sözlərimi eşitsin, 40 yaşdan sonra özlərinə fikir versinlər, çünki bədəndə sümük əriməsi prosesi gedir. 12 il əvvəl bir fəqərəm qırıldı. Həkimlər onu yerinə oturduqlarını dedilər.

Bu xəstəliyin müalicəsi çox bahalıdır. Şikayət etmirəm, Allah oğluma can sağlığı versin, imkan daxilində müalicə alıram. Bu yaxınlarda əllərimlə evdə döşəməni sildim. Demə, mənə əyilmək olmaz. Bundan sonra 5 fəqərə sütunumda çat və qırılma əmələ gəlib. Qan analizləri verdim. Nəticəsi yaxşı çıxdı. Yəni onkoloji heç bir şey yoxdur. Amma yeriməkdə əziyyət çəkdim. Müalicələrimi davam etdirirəm”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!