Əməkdar artist vəfat etdi - Foto

saytların hazırlanması

Evə çatdırılma

Əməkdar artist vəfat etdi - Foto

Mədəniyyət

18 Dekabr 2021 22:23 2782


Aktyor, teatr rejissoru, Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti Vüsal Rzayev vəfat edib.

Yenisabah.az xəbər verir ki, bu barədə Naxçıvan Dövlət Musiqili Dram Teatrının direktor müavini Səməd Canbaxşıyev məlumat verib.

O bildirib ki, aktyor bu gün günorta saatlarında vəfat edib. pizza hut

Qeyd edək ki, Vüsal Rzayev 1968-ci ildə Naxçıvanda anadan olub. 1999-cu ildən aktyor kimi fəaliyyət göstərən Vüsal Rzayev Naxçıvan Dövlət Musiqili Dram Teatrında bir çox tamaşalarda rol alıb. O, həmçinin, C. Məmmədquluzadənin hekayələri və “Ər” pyesi əsasında hazırlanan “Pirverdinin xoruzu” , “Göz ağrısı” və “Eşq bəlası” bədii televiziya filmlərinin ssenari müəllifi və quruluşçu rejissoru olub.Vüsal Rzayev/APA


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!