Əməkdar artist yenidən əməliyyat olunacaq - Xəstəxanaya koma halında çatdırıblar

saytların hazırlanması

Evə çatdırılma

Əməkdar artist yenidən əməliyyat olunacaq - Xəstəxanaya koma halında çatdırıblar

Şou

24 Fevral 2020 16:45 863


Əməkdar artist Rəhman Rəhmanov yenidən əməliyyat olunacaq. Yenisabah.az xəbər verir ki, "Ona qalsa" verilişinə telefonla bağlantı edən 62 yaşlı aktyor koma vəziyyətində xəstəxanaya gətirildiyini, sabah ikinci dəfə əməliyyat olunacağını deyib: "Əməliyyat olundum. İkinci əməliyyat gözlənilir. Vəziyyətim çətindir. Məni xəstəxanaya koma halında gətiriblər. Reanimasiyada qaldım. Mənəvi dəstəyə ehtiyacım var. Maddi dəstək lazım deyil. Hər şey yolundadır. Sabah ikinci əməliyyat olmalıdır. Həkimlər narkoza görə qalıblar. Fikirləşirlər, görək necə olacaq". https://www.youtube.com/watch?v=XWrv1A-dsd0&feature=youtu.be&fbclid=IwAR2lxNaHN1UxI7toaI0Dbeafg6xF7s7zy5FTDZBP_geC3cInV_aRseCgJDM
Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!