Əməkdar artistən ürək dağlayan sözlər: “Bacarmadım...“

saytların hazırlanması

Evə çatdırılma

Əməkdar artistən ürək dağlayan sözlər: “Bacarmadım...“

Şou

30 Oktyabr 2021 11:16 1562


"Şəhid anasının arzusunu yerinə yetirə bilmədim, bacarmadım…”

Yenisabah.az xəbər verir ki, bu sözləri Əməkdar artist Cabir Abdullayev Anım Günündə Ağdam şəhərində Şəhidlər Xiyabanında keçirilən tədbirdən danışarkən deyib. 

Sənətçinin sözlərinə görə, şəhid Səxavət Məmmədovun anası ondan oğlunun qəbrinin üstündə oxumağını istəsə də, bunu bacarmayıb: pizza hut

“Şəhidlər Xiyabanını ziyarət edərkən məni arxadan bir ana qucaqladı. Dedi ki, toyumuzda siz oxumusunuz. Arzu etmişdim ki, övladımın toyunda da siz oxuyasınız. Allah qismət eləmədi”. Mənə bu sözlər pis təsir etdi. Çox təsirli səhnə idi. Sonra ana dedi ki, toyu nəsib olmadı, gedək Səxavətin qəbirinin üstündə oxu. Bacarmadım, bacara bilmədim, dedim, ana, mənə çox çətindir. Hələ də özümə gələ bilməmişəm”.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!