Əməkdar artisti, bədii qiraət ustası Ağalar Bayramov Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professoru təyin olunub.
Yenisabah.az xəbər verir ki, bu barədə sənətkar özünün sosial şəbəkə hesabında yazıb.
Ağalar Bayramov bildirib ki, o, ADMİU-nun rektoru Ceyran Mahmudovanın bu gün imzaladığı sərəncamla məsləhətçi-professor təyin olunub.
Qeyd edək ki, Ağalar Bayramov 1984-cü ildən ADMİU-nun "Səhnə danışığı" kafedrasında çalışır.
Əsmətxanım
Telegram kanalımız