Əməkdar artisti VƏFAT ETDİ   - FOTO

saytların hazırlanması

Evə çatdırılma

Əməkdar artisti VƏFAT ETDİ - FOTO

Hadisə

12 Aprel 2024 20:31 3403


Əməkdar artist Namis Şirməmmədov vəfat edib.

Yenisabah.az xəbər verir ki, o, uzun sürən xəstəlikdən sonra 62 yaşında dünyasını dəyişib.

Namis Şirməmmədov 3 aprel 1962-ci ildə anadan olub. 1983-1989-cu illər ərzində Sumqayıt Dövlət Dram Teatrında çalışıb. Həsənağa Turabovun dəvət ilə 1997-ci ilədək Akademik Milli Dram Teatrında fəaliyyət göstərib. 1997-ci ildə yenidən Sumqayıt Dövlət Dram Teatrına gələrək 2008- ci ilə qədər aktyor vəzifəsində işləyib. Namis Şirməmmədov psixoloji-dramatik aktyor olub. Daha çox dramatik xarakterli rollar oynayıb. 2008-ci ildən isə teatrın quruluşçu rejissoru kimi fəaliyyət göstərib. Sezar pizza

2008-ci ildə Prezident İlham Əliyevin sərəncamı ilə “Əməkdar artist”i fəxri adına və 2013-cü ildə “Tərəqqi” medalına layiq görülüb.

Namis Şirməmmədov A.Babayevin "Xilaskar” əsərində Ulu öndər Heydər Əliyev obrazını canlandırmışdır. Bundan başqa, o, Sumqayıt teatrında bir çox rolların ifaçısıdır.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!