Əməkdar artistin nəvəsi hamını kövrəltdi - VİDEO

saytların hazırlanması

Evə çatdırılma

Əməkdar artistin nəvəsi hamını kövrəltdi - VİDEO

Şou

11 Sentyabr 2023 10:37 632


Əməkdar artist Kübra Əliyevanın bir neçə il əvvəl həbsxanada dünyasını dəyişən oğlu Raufun övladı Ağaəli canlı efirə çıxıb.  

Yenisabah.az Bizim.media-ya istinadla xəbər verir ki, "Yaxşıya doğru" ictimai-sosial verilişin aparıcısı İlham Mirzəyev mərhumun oğlu ilə söhbəti zamanı göz yaşlarına boğulub. 

"Ata sənin üçün nədir?" sualına Əməkdar artistin nəvəsinin cavabı hamını kövrəldib:  pizza sifarişi

"Ata hər şeydir. O sənin arxanda dayağındır. Bir dərdin olanda gedib onunla dərdləşə biləcəyin bir insandır. Atasız böyüyən övlad dayaqsız olur. Həyatı tez öyrənir, tez böyüyür". 

Bu kəlmələrdən göz yaşlarını saxlaya bilməyən və sözügedən proqramda ekspert qismində iştirak edən aktrisa nəvəsinə yaxınlaşaraq onu qucaqlayıb və bu sözləri dilə gətirib: 

"Mən bəzi qız və gəlinlərə demək istəyirəm ki, gənclik illərində səhvlərim olsa da, həyat mənə böyük dərs verib. Əziz gəlinlər və qızlar, elə etməyin ki, övladlarınız atalarına nifrət etsinlər. İnanın, bəzi gəlinlər ərlərindən ayrılıb, uşaqlarını elə böyüdürlər ki... Deyirlər ki, ata düşməndir. Eləməyin onu!  O ata sizə qarşı düşmən ola bilər. Amma övlad elə deyil. Mənim sözümdə bir həqiqət var". 

K. Əliyeva bildirib ki, Türkiyənin Bodrum şəhərində təhsil alan nəvəsini yaxın günlərdə hərbi xidmətə yola salacaq:  

"Ağaəli Bodrumda sənət məktəbini oxudu. Diplomunu aldı. Oxuduğu sənətə yiyələndi. Bakıya gəldikdən sonra hərbi komisarlıqdan zəng vurub söylədilər ki, Ağaəli Məmmədov sentyabrın 15-i komissarlığa yaxınlaşsın. O söylədi ki, gedib Vətənə qulluq edəcəyəm". 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!