Əməkdar artist Rəhman Rəhmanovun səhhətində problem yaranıb.
Yenisabah.az xəbər verir ki, SİA-ya bu haqda aktyorun özü açıqlama verib:
"Səhhətimdə əməllicə problem yaranıb. Belə ki, öd kisəsi daşı xəstəliyindən əziyyət çəkirəm. Məni çox narahat edir. Tez-tez kəskin ağrılarım olur. Buna görə də həkimlər əməliyyat yolu ilə öd kisəmi xaric edəcəklər. Səhər xəstəxanaya gedəcəm. Həkimlər müayinə etdikdən sonra hansı gün əməliyyat olunacağımı deyəcəklər". pizza sifarişi
Telegram kanalımız